Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
- 03 Noy 2025 18:40
- 57
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Nesine Aydın Spor" klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Qarşılaşma noyabrın 9-da, saat 12:00-da Bakı İdman Sarayında təşkil ediləcək.
Bu matç Azəbaycan yığmasının AÇ-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.