Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayır.


Re.kord.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:20-də başlayacaq ilk matçda rəqib Niderland seçməsi olacaq.


Azərbaycan yığması günün ikinci oyununda, saat 20:55-də Ukrayna komandası ilə üz-üzə gələcək.