
“Milan”ın futbolçusu “Əl-Şabab”a keçdi
- 11:41
- 40
Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu "Milan"ın yarımmüdafiəçisi Yasin Adlinin transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Asiya təmsilçisinin mətbaut xidməti məlumat yayıb.
25 yaşlı fransalı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. "Transfermarkt"ın məlumatına görə, sövdələşmənin məbləği 8 milyon avro təşkil edib.
Adli 2024/2025 mövsümündə icarə əsasında "Fiorentina"da çıxış edib. O, meydana çıxdığı 35 matçda 5 qola və 7 məhsuldar ötürməyə imza atıb.