“Milan”dan qapıçısına yeni müqavilə təklifi
- 19:00
- 35
“Milan” rəhbərliyi komandanın əsas qapıçısı Mayk Menyanı heyətdə saxlamaqda qərarlıdır.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” fransalı qolkiperə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.
Yeni anlaşmaya əsasən, Menyanın illik maaşı təxminən 7 milyon avro olacaq. Hazırkı müqavilə isə gələn il başa çatacaq və klub bu riski aradan qaldırmaq istəyir.
30 yaşlı futbolçu 2025/26 mövsümündə “Milan”ın heyətində 18 oyunda meydana çıxıb, bunların 8-də qapısını toxunulmaz saxlayıb.