İtaliya A Seriyasının 8-ci turunun “Napoli” ilə matçında zədələnən “Milan”ın futbolçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə sol dizindən zədə alan İbrahimoviçin ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı diqqətə çatdırılıb.

“Napoli” – “Milan” matçı 1:3 hesabıyla bitib və isveçli hücumçu həmin görüşdə dubla imza atıb.

İbrahimoviç bu mövsüm A Seriyasında 10 qolla bombardirdir.