ABŞ-nin Florida ştatının Fort Lauderdeyl şəhərində MLS-in adi mövsümündə "İnter Mayami" və "Sietl Saunders" komandaları arasında matç başa çatıb.


Rekord.az xəbər verir ki qarşılaşma "İnter Mayami"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Hesabı 12-ci dəqiqədə argentinalı hücumçu Lionel Messinin ötürməsi ilə meydan sahiblərinin ispaniyalı müdafiəçisi Jordi Alba  açıb. 41-ci dəqiqədə Messi Albanın ötürməsi ilə Mayami komandasının üstünlüyünü möhkəmləndirib.


52-ci dəqiqədə yamaykalı müdafiəçi Yen Frey komandanın üçüncü qolunu vurub. Qonaqlar qollardan yalnız birinə cavab verə biliblər - 69-cu dəqiqədə yarımmüdafiəçi Obed Varqas fərqlənib.


"İnter Mayami" 27 matçda 49 xal qazanaraq MLS-in turnir cədvəlində 5-ci yerə yüksəlib. 29 matçda 45 xal toplayan "Siettl Saunders" dördüncü yerdə qalıb.