“Barselona”nın kapitanı Lionel Messi “Liverpul”un futbolçusu Sadio Manenin “Qızıl top” mükafatında dördüncü olmasını birmənalı qarşılamayıb.

Rekord.az xəbər verir ki, "Qızıl top"u 6-cı dəfə qazanan Messi seneqallı futbolçunun daha yuxarı pillələrə layiq olduğunu deyib:

"Maneni "Qızıl top" səsverməsində dördüncü görmək utandırıcıdır. Məncə, bu il mükafata layiq olan oyunçu çox idi. Bu səbəbdən konkret kimisə seçmək çətindir. Amma Maneni xüsusi vurğulamaq istəyirəm. Onu futbolçu kimi çox bəyənirəm".