Mərakeş millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ilk Afrika komandası olub.


Rekord.az xəbər verir ki, bu ötən gün seçmə mərhələdə baş tutan Niger kollektivinə qarşı matçdan sonra reallaşıb.


Paytaxt Rabatda baş tutan qarşılaşma Mərakeş millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Mərakeş Afrika zonası üzrə seçmə mərhələdə E qrupunda keçirdiyi 6-cı oyunu da qələbə ilə başa vurub.


Qeyd edək ki, daha əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibləri), həmçinin Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay və Paraqvay yığmaları da DÇ-2026-nın final mərhələsində iştirak hüququna yiyələniblər.