
“Mən “Sabah”a əsa ilə gəldim, əməliyyat olundum və oynamağa başladım”
- 15:40
- 49
“Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev vaxtilə zədəli olduğu halda “Sabah”a keçidi ilə bağlı xatirələrini bölüşüb.
Rekord.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bunları söyləyib:
“Mən hələ “Sumqayıt”dan “Qarabağ”a keçməli idim, amma təəssüf ki, məzuniyyətdə həyətimizdə oynayarkən beşinci pəncə sümüyümü sındırdım. Həmin an bir az qorxdum, elə bil ki, komandam qalmadı deyə düşündüm. Elə bu vaxt “Sabah” mənimlə əlaqə saxladı. Klubun prezidenti Maqsud Adıgözəlovla görüşdük. O insan da mənim karyeramda böyük rol oynadı. O, məni zədəli halda komandaya götürdü. Mən “Sabah”a əsa ilə gəldim, əməliyyat olundum, sağaldım və oynamağa başladım”.