III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda bu gün daha iki görüş baş tutub.


Rekord.az xəbər verir ki, 5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.


Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.


Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib – 2:0.


Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.