Fransalı futbolçu Kilian Mbappe portuqaliyalı Kristiano Ronaldonun bir təqvim ilində İspaniyanın "Real" komandasında vurduğu qol rekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, Mbappe İspaniya çempionatının "Sevilya" ilə ev oyununda (2:0) fərqlənib.


Fransalı hücumçu 2025-ci ildə 59-cu qolunu vurub. Ronaldo eyni göstəriciyə 2013-cü ildə imza atıb.


Qeyd edək ki, dekabrın 20-də Mbappenin 27 yaşı tamam olub. Hücumçu 3 iyun 2024-cü ildə "Real"la azad agent kimi müqavilə imzalayıb.


Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib, klub tarixinin ən yaxşı bombardiridir. O, komandanın heyətində beş dəfə Fransa Kubokunun və Superkubokunun üçqat qalibi olub, Liqa Kubokunda iki dəfə qalib gəlib. Mbappe Fransa millisi ilə Rusiyada 2018-ci ilin dünya çempionatını qazanıb, habelə Qətərdə 2022-ci il dünya çempionatının gümüş medalına sahib olub.


"Real" 2025-ci ilin sonuna qədər heç bir oyun keçirməyəcək.