
Mbappe “Real”da 10 nömrəli formada çıxış edəcək
- 30 İyl 2025 10:30
- 47
"Real"ın (Madrid) hücumçusu Kilian Mbappe yeni mövsümdə 10 nömrəli formanı geyinəcək.
Rekord.az xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl 10 nömrəli formanı xorvatiyalı Luka Modriç geyinib. Onun gedişindən sonra "10 nömrə" fransalı forvarda təhvil verilib.
Ötən il "Real"a transfer olunan Mbappe daha əvvəl 9 nömrəli formada çıxış edirdi.