İngiltərənin "Mançester Yunayted" klubu "Vest Bromviç"ə icarəyə verdiyi futbolçusu Tobi Kolleri geri çağırıb.


Rekord.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.


21 yaşlı yarımmüdafiəçi baldır zədəsindən sonra reabilitasiya kursu keçmək üçün "qırmızı-şeytanlar"ın bazasına qayıdıb. Onun təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.


Tobi Kollerin "Vest Bromviç"lə icarə müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulsa da, Mançester təmsilçisi onu komandada saxlamaq qərarına gəlib.


Futbolçunun zədəsinin sağalmasından sonra Kobbi Meynu ilə rəqabət apara biləcəyi gözlənilir.


Koller cari mövsüm Çempionşipdə 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.