"Mançester Siti"nin kapitanı Fernandinyo komandada qalacaq.

Rekord.az "The Telegraph"a istinadən xəbər verir ki, "şəhərlilər" 36 yaşlı futbolçunun bu ilin iyun ayında başa çatacaq sözləşməsini uzadacaq.

Braziliyalı yarımmüdafiəçi Cənubi Amerika və Avropa klublarından təkliflər alsa da, komandasında qalmaq qərarını verib.

Qeyd edək ki, Fernandinyo 2013-cü ildən "Mançester Siti"də çıxış edir.