Portuqaliyanın “Sportinq” klubu iki ildir icarə əsasında komandada çıxış edən Pedro Porronon transfer hüquqlarını alıb.

Rekord.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Sportinq” transfer haqı “Mançester Siti”də olan müdafiəçi üçün 8,5 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Porro bu mövsüm 35 oyunda 5 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.