Maksimov Zaur Axundovun istəyini yerə saldı
- 11:00
- 40
Premyer Liqanın "Şəfa" - "Araz Naxçıvan" matçında maraqlı an yaşanıb.
Rekord.az xəbər verir ki, oyunu tribunadan izləyən "Araz Naxçıvan"In qeyri-rəsmi sahibi Zaur Axundov ikinci hissənin gedişində bəzi məqamlardan narazı qalıb.
O, xüsusilə əvəzləmənin olmamasından gileylənib. Klub rəsmisi belə düşünüb ki, yorulan futbolçular da əvəzlənmək üçün baş məşqçiyə müraciət etmir. Baş məşqçi də həmçinin onları əvəzləmir. Axundov hətta ikinci hissənin gedişində baş məşqçi Yuri Maksimova eşitdirirnmiş kimi bir neçə dəfə tribunadan uca səslə "Sudi, Sudi" deyərək, Abdulla Sudinin oyuna çıxmasını istəsə də, ukraynalı məşqçi onun istəyini yerə saldı və Sudiyə şans vermədi.