Mahir Emrelinin çıxış etdiyi "Legiya" baş məşqçisi Çeslav Mixneviçlə yollarını ayıra bilər.

Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə Varşava təmsilçisinin prezidenti Dariuş Myoduskinin münasibətləri pozulub.

Mixneviç funksionerə müraciət edərək heyətin yetərincə güclənməməsindən şikayətlənib. Myoduski isə ona mətbuat vasitəsilə cavab verib və bu, münasibətlərin pisləşməsinə səbəb olub.

Nəşr polşalı baş məşqçinin hər an öz vəzifəsini itirmə təhlükəsi ilə üz-üzə olduğunu yazıb.

Onun agenti bu gün gərginliyi azaltmaq və atmosferi tənzimləmək üçün klub prezidenti ilə görüşəcək. Danışıqların mövzusu eyni zamanda Mixneviçin 2022-ci ildə başa çatan müqaviləsi olacaq.

"Legiya" mövsümün əvvəlində Mahir Emrelidən əlavə iki futbolçu ilə də müqavilə imzalayıb.

Varşava klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Norveçin “Bude Qlimt” komandası ilə üz-üzə gələcək. I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.