Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" klubunun Almaniya Kubokunda rəqibi bəlli olub.


Rekord.az xəbər verir ki, komanda turnirin 1-ci raundunda "RSV Aytraxt 1949" kollektivi ilə üz-üzə gələcək.


Qarşılaşma avqustun 17-də təşkil olunacaq.


Emreli ötən gün "Kayzerslautern" ilə 3 illik müqavilə bağlayıb.