Almaniyanın "Bayern" klubu İngiltərə təmsilçisi "Liverpul"un hücumçusu Luis Diasın transferini açıqlayıb.


Rekord.az xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçu Münhen klubu ilə 4 illik müqavilə imzalayıb.


Transfer məbləğinin 75 milyon avro olduğu bildirilir.


Luis Dias 2024/2025 mövsümündə "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.