2-ci Liqada 24-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün son 2 matç keçirilib.

Turun mərkəzi oyunu Şamaxıda baş tutub. Burada lider "Xankəndi" 2-ci yerdəki "Qaradağ Lökbatan"la qarşılaşıb. Komandalar hərəyə 1 qol vurub.

Digər görüşdə "Şəmkir" "Quba"nı qəbul edib. Qonaqlar 5:2 hesablı qələbə qazanıblar.

Əvvəlki oyunlarda “Ağstafa Gəncləri” “Kür-Araz”a (0:1), “Şəki Siti” “Ağdaş”a (1:5) uduzub, “Dinamo” “Şirvan”a (5:0), “Araz Saatlı” “Göygöl”ə (2:1) qalib gəlib.

2-ci Liqa
24-cü tur

28 aprel

Xankəndi - Qaradağ Lökbatan 1:1
Qollar: E.Nəsibov, 45+5 - F.Abbaslı, 90+ 7

Şəmkir – Quba 2:5
Qollar: R.Abdullayev, 57, C.Cəlalzadə, 65 - V.Cəfərov, 18, 71-pen; R.Məhərrəmov, 41, K.Mirzəyev, 45+3, B.Köçərli, 73