Leypsiq” rəsmi saytı vasitəsilə komandanın yeni baş məşqçisinin adını açıqlayıb.


Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Ole Verner çalışdıracaq.


37 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin ortalarına qədər olan müqavilə imzalanıb.


Verner daha əvvəl dörd ilə yaxın “Verder”in baş məşqçisi olub. Mayın sonunda Bremen təmsilçisi onun ayrıldığını açıqlamışdı. “Verder” Bundesliqanın son mövsümünü turnir cədvəlinin 8-ci pilləsində başa vurub.


“Leypsiq” son mövsümdə 51 xal toplayaraq, turnir cədvəlini 7-ci pillədə tamamlayıb.