
“Levski” - “Sabah” oyununun biletləri satışa çıxarıldı
- 01 Avq 2025 19:15
- 46
Bolqarıstanda "Levski" (Sofiya) və "Sabah" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, bu barədə meydan sahiblərinin mətbuat xidməti məlumat yayıb.
Qiymətlər sektoralara uyğun olaraq 27-170 lev (26-168 manat) aralığında dəyişir.
Azarkeşlər avqustun 1-dən 3-dək, bazar günü daxil olmaqla, yalnız 2025/2026 mövsümü üçün platin üzvlik kartları olanlar biletləri əldə edə biləcəklər. Avqustun 4-də isə qızıl üzvlük kartlarına sahib olanlara bilet satılacaq. Növbəti gün isə istənilən şəxs bilet əldə edə biləcək.
Avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.