Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatında növbəti oyun baş tutub.


Rekord.az xəbər verir ki, bu gün Qazaxıstan və Küveyt milli komandaları üz-üzə gəliblər.


Bu qarşılaşmada Küveyt yığması üstün oyun nümayiş etdirib. Görüş Küveyt komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Beləliklə, Küveyt millisi turnirdə ilk qələbəsini qazanıb.