Millimiz Qazaxıstan yığmasına qalib gəldi
- 13:40
- 22
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.
Rekord.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.
Oyun komandamızın 7:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sahib Məmmədov 5 qol vurub, Orxan Məmmədov və Mirmövsüm Caniyev hərəyə bir dəfə fərqlənib.