Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” son Ukrayna çempionu “Şaxtyor”la yoxlama oyunu keçirib.


Rekord.az xəbər verir ki, türk mütəxəssis Arda Turanın baş məşqçsii olduğu Donetsk təmsilçisinə qarşı yoxlama görüşü Bursa stadionunda keçirilib.


Matç 0:0 hesabı ilə yekunlaşıb. Toral matça start heyətdə başlayıb. O, fasilədə əvəzlənib.


Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a keçib. O, 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinirdi.