"Mingəçevir"dəki naməlumluq davam edir
- 11:00
- 19
İyul ayı son a yaxınlaşsa da "Mingəçevir"in gələcəyindən xəbər-ətər yoxdur.
Rekord.az-a daxil olan son məlumata görə, komanda hələ də yeni mövsümün hazırlıqlarına başlamayıb.
Baş məşqçi, heyət, heç nə məlum deyil. Keçən mövsümdən qalan 200 mindən artıq borc da ödənməyib. Buraya futbolçulara ödəniləcək maaşlar da daxildi.