Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək. "Rekord.az" xəbər verir ki, bu gün komandamız bu məqsədlə Afinaya yola düşüb. 

İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı çərçivəsində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmiz C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.