“Napoli”də yeni müqavilə
- 11:21
- 17
"Napoli" yarımmüdafiəçi Antonio Verqara ilə yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı italiyalı futbolçu ilə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Verqara yetirməsi olduğu “Napol”inin əsas komandasında cəmi 19 oyunda meydana çıxıb. O, bu görüşlərdə 3 qol vurub və 4 məhsuldar ötürmə edib.