Qobustanda şahmat üzrə rayon turniri
- 05:30
- 16
Qobustan UGİŞM-in yarış zalında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə şahmat üzrə məktəblilər arasında Qobustan rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin qalibləri Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıblar.