"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.


Rekord.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşan Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 1:1 hesablı heç-heçə ilə kifayətlənib.


"Turan Tovuz"un yeganə qoluna İbrahima Vadji imza atıb.


Tovuz komandası daha əvvəl İranın 21 yaşlılardan ibarət yığması ilə üz-üzə gəlib və həmin matç da 1:1 hesabı ilə başa çatıb.