I Liqada çıxış edən daha bir klubda sıxıntı yaranıb.

Rekord.az xəbər verir ki, söhbət "Baku Sportinq"dən gedir.

Paytaxt təmsilçisi 3 aya yaxındır ki, futbolçularına maaş vermir. Aprel və may aylarının maaşları ödənilməyib. İyunda ödəniləcəyi deyilsə də, bu, baş vermədi. İyul ayı sona yaxınlaşsa da, yenə xəbər yoxdur.