Azərbaycanlı idmançı Minskdə qızıl medal qazandı
- 10:30
- 19
Azərbaycanlı idmançılar Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışına qatılıblar.
Bu barədə Rekord.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
"Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışında gənc idmançılarımızdan Əli Rzazadə qızıl, Riad Abbaszadə isə bürünc medal qazanıblar", - nazirlikdən bildirilib.