Bu gün güləş üzrə U17 dünya çempionatına start verilib.


Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışın ilk günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.


Ömər Salmanov (48 kq) hindistanlı Avinaş Çetakeyə 6:1 hesabıyla qalib gəldikdən sonra iranlı Ali Morteza Leyvesini “tuş”la üstələyib. Ancaq yarımfinalda rusiyalı Soltan Yusupova 1:3 hesabıyla məğlub olub. Ömər sabah bürünc medal uğrunda güləşəcək.


Qurban Məcnunov (55 kq) qırğızıstanlı Əlixan Miinazarovu vaxtından əvvəl (9:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda hindistanlı Hariom Hariomaya sonuncu xal prinsipinə əsasən (3:3) uduzub.


Orxan Həbibli (65 kq) yarımfinaladək çexiyalı Qaspar Sançes (8:0), rumıniyalı Qabriel Lunqu (9:18) və özbəkistanlı Sardar Mahmudova (9:0) tam üstünlüklə qalib gəlib. Finalın bir addımlığında Ukraynanı təmsil edən soydaşımız İbrahim Nəsibova minimal fərqlə (3:4) məğlub olan Orxan sabah bürünc medal uğrunda mübarizə aparacaq.


İsfahan Həsənov (80 kq) xorvatiyalı Toma Yelens üzərində inamlı qələbədən (6:0) sonra polşalı Şimon Trederi sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. 1/4 finalda Türkiyəli Əbdülxaliq Baldan (5:2) güclü olan Həsənov yarımfinalda litvalı Benediktas Bubeleviçiusa 4:2 hesabıyla qalib gələrək U17 dünya çempionatında finala yüksələn ilk güləşçimiz olub. O, sabah finalda iranlı Alireza Rezayi ilə güləşəcək.