"Real"ın futbolçusu Toni Kroos karantinə alınıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, buna onun koronavirusa yoluxmuş şəxslə təmasda olması səbəb olub.

Alman yarımmüdafiəçinin koronavirus testi isə mənfi çıxıb. Onun karantin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Real" La Liqada növbəti oyununu mayın 16-ı "Atletik"ə (Bilbao) qarşı keçirəcək.