
“Komandaya dəvət etdiklərimizdən razıyıq” – Berdıyev
- 13 Sen 2025 22:00
- 37
“Turan Tovuz” bu gün Premyer Liqanın 4-cü turunda “Qəbələ” ilə üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistalı çalışdırıcı çətin oyun keçdiyini bildirib:
“Çətin oyun keçdi. “Qəbələ” çox yaxşı komandadır, sürətli hücumçuları var. Amma ikinci hissədə daha yaxşı oynadıq.
Müəyyən, lazım olan nəticələri özümüz üçün çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik və demək olar ku, bərabər səviyyəli əvəzetmələrimiz var.
Prinsipcə, komandaya kimləri dəvət etmişiksə, onlardan razıyıq. Amma istəyirdik ki, mərkəz müdafiəçisi də dəvət edək”.