“Tottenhem”dən ayrılmaq istəyən Harri Keyn komandanın dünənki məşqinə qatılmayıb.

Rekord.az xəbər verir ki, ingilis hücumçunun istirahəti bitib və o, kluba gələrək koronavirus testi verməli və məşqə qatılmalı idi.

Lakin Keyn məşqə gəlməyib.

“Tottenhem” rəhbərliyi 28 yaşlı hücumçunu bu hərəkətinə görə cəzalandırmağı düşünür.

İngiltərə mətbuatının xəbərinə görə, Keyn “Tottenhem”dən ayrılmaq istəyir və bu səbəbdən komandanın məşqinə qatılmayıb.