"Keşlə"nin rəhbəri Zaur Axundov ölkə kubokunun finalından öncə futbolçularına yaxşı məbləğdə mükafat vəd etmişdi.

Rekord.az xəbər verir ki, futbolçular üzərlərinə düşəni yerinə yetirib kuboku qazansa da rəhbərlik verdiyi vədi yerinə yetirmir.

Belə ki, futbolçular hələ də mükafatlarını ala bilməyiblər. Rəhbərlik bunu vəsaitin olmaması ilə izah edib.