Növbəti mövsümün hazırlıqlarına start verən "Kəpəz" daha bir transfer gerçəkləşdirib.

Rekord.az xəbər verir ki, divizionda çıxış edən qərb təmsilçisi Tural Rzayevlə müqavilə bağlayıb.

Gəncə klubu sabiq yetirməsi ilə bir illik müqavilə imzalayıb. Yarımmüdafiəçi əvvəlki illərdə də "Kəpəz"in heyətində çıxış edərək, həm Premyer Liqada, həm də divizionda oynayıb.

O, keçən mövsümü Gürcüstanın "Merani" klubunda keçirib.