"Kəpəz" futbolçusu İlkin Qırtımovla yollarını ayırıb.


Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.


Müdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.


Ötən mövsüm Gəncə təmsilçisinə qoşulan İlkin Qırtımov 17 çempionat matçında meydana çıxıb.