
“Kəpəz” “Sumqayıt”a uduzdu
- 31 İyl 2025 20:37
- 77
Azərbaycan Premyer Liqası təmsilçiləri "Kəpəz" və "Sumqayıt" yoxlama matçında üz-üzə gəliblər.
Rekord.az xəbər verir ki, görüş "gənclik şəhəri" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunub. “Kəpəz”in heyətində Arzu Atakişiyev fərqlənibsə, “Sumqayıt”da Rüstəm Əhmədzadə dubl edib.