Misli Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 22-də keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb. 


Relkord.az xəbər verir ki, biletlərin qiyməti dəyişməz qalıb: 2, 3, 5, 10 və 20 manat. 


Futbol həvəskarları biletləri həmişəki kimi iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionun kassalarında əldə edə bilərlər. 


Rəqibin Azərbaycanın ən titullu klubu statusunu daşıması, həmçinin qarşıdakı matçın "Kəpəz"in 2026-cı ildə son ev oyunu olmasına görə azarkeşlər tərəfindən görüşə maraq həddindən artıq böyükdür. Bu amilləri əsas götürərək, biletləri qabaqcadan əldə etmək tövsiyə olunur.


Qeyd ki, "Kəpəz" - "Qarabağ" qarşılaşması noyabrın 22-də saat 17-də başlanacaq.