Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.


Bu barədə Rekord.az-a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.


Təsnifat mərhələsində 54,850 xalla 6-cı pillədən finala yüksələn idmançı həlledici raundda 55,450 xal toplayaraq üçüncü yeri tutub.


Bununla da Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatında fərdi proqramın ilk medalçısı olub.