Xorvatiyanın Poreç şəhərində keçiriləcək qitə birinciliyinin püşkatma mərasimində Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadənin şans verəcəyi boksçulardan 2-si – Məhəmmədəli Aşırəliyevlə Nicat Alırzayev noyabrın 16-da start götürəcək turnirin ilk günündə rinqə çıxacaqlar.


50 kq


Bilalhəbaşi Nəzərov – Katalin Turku (Moldova)


55 kq


Zidan Hümbətov – Badreddin Burauia (İtaliya)


60 kq


Məhəmmədəli Aşırəliyev – Georgios Pleas (Yunanıstan)


65 kq


Əli Abdullayev – Artur Kuzmenko (Ukrayna)


70 kq


Nicat Alırzayev – İdriss Əhməd Xlifi (Belçika)


75 kq


Abbasqulu Şadlinski – Arşak Bablumyan (Ermənistan) / Mixal Pejxala (Polşa) cütünün qalibi


+90 kq


Səbuhi Əlizadə – İşxan Hovsepyan (Ermənistan)


Qeyd edək ki, 9 gün davam edəcək yarışda 39 ölkədən 276 idmançı mübarizə aparacaq, qaliblərin adına isə noyabrın 24-də aydınlıq gələcək. Turnirdə Azərbaycanı Anar Nağdıyev hakim kimi təmsil edəcək.