Azərbaycan Basketbol Liqasında 7-ci tura yekun vurulur
- 12:40
- 19
Azərbaycan Basketbol Liqasında 7-ci tura bu gün yekun vurulacaq.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 19:00-da NTD "Naxçıvan"la, "Sumqayıt" "Ordu" ilə üz-üzə gələcək.
Oyunlar müvafiq olaraq Bakı İdman Sarayı və Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
Xatırladaq ki, 7-ci turun əvvəlki oyunlarında "Sabah" "Neftçi"ni (93:78), "LANDAU Lions" "Gəncə"ni (85:62) məğlub edib.