"Səbail"in pulu qurtarıb?
- 13:00
- 34
Bir neçə ay öncə Bakının dəbdəbəli otellərindən birində təqdimat edən, böyük hədəflərdən danışan, paytaxtı tərk edib Qubaya köçəcəyini açıqlayan "Səbail"də vəziyyət dəyişib.
Rekord.az xəbər verir ki, problem tək çempionatda itirilən xallar, liderdən geri qalmaqda deyil.
Məsələ ondadır ki, klubda maliyyə sıxıntısı yaranıb. Bizə də gəlib çatan məlumatlara görə, artıq iki aydır futbolçular maaş almır. Klubun Qubaya köçməsi də hələlik təxirə düşüb. Xüsusilə legioner futbolçular bu durumdan ciddi narazılıq edir. Vəziyyət qısa müddətdə düzəlməsə, bütün iddiaların üzərindən də xətt çəkiləcək.