“Qarabağ”ın futbolçusu Marko Yankoviçin üzvü olduğu Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.


Rekord.az xəbər verir ki, səfərdə Kiprin qonağı olan komanda 4:1 hesabı ilə qalib gəlib.


Yankoviç matça start heyətdə başlayıb və sona qədər oynayıb. O, 67-ci dəqiqədə Nikola Kristoviçin vurduğu qolda məhsuldar ötürmə müəllif olub. 


Bu qələbə sayəsində Monteneqro qrupda 16 xalla birinci yeri tutub və B Liqasına yüksəlib.