Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.


Rekord.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra seçməsi ilə üz-üzə gələcək.


Enkamp şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu oyun olacaq.


Matçı ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.


Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteyni minimal hesabla üstələyib - 1:0.