“Kür” bu gün Şimali Makedoniya klubu ilə cavab oyununa çıxacaq
- 13:30
- 25
Qadınlardan ibarət "Kür" həndbol komandası bu gün EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.
Tərəflər arasında ilk matç rəqib komandanın 27:24 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.