“Kəpəz” iki futbolçusu ilə yolları ayırdı
- 13:20
- 33
"Kəpəz" klubu iki futbolçusu ilə yolları ayırıb.
Bu barədə Rekord.az-a Gəncə təmsilçisindən bildirilib.
Polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Perdu Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, hər iki futbolçu bölgə klubuna mövsümün əvvəlində cəlb olunmuşdu.