
“Kəpəz” dördüncü dəfə ilk dörd turda xal qazana bilmir
- 13:15
- 37
"Kəpəz" klubu tarixində dördüncü dəfə Azərbaycan çempionatının ilk dörd turunda qələbə qazana bilməyib.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi son olaraq 2025/2026 mövsümünün startında uğursuzluqla üzləşib.
"Sarı-göylər "Sumqayıt" (0:3), "Karvan-Yevlax" (2:3) və "Zirə"nin (0:5) ardınca "Araz-Naxçıvan"a da uduzub – 0:2.
Qərb təmsilçisi ardıcıl ikinci mövsümdə startdakı 4 turda xal qazana bilmir. Ümumilikdə isə "Kəpəz" tarixində 4-cü dəfə belə halla üzləşib. 2012/2013 və 2022/2023 mövsümlərində də gəncəlilər uğursuz startla üzləşiblər.
Ümumilikdə isə bütün matçlarda texniki məğlubiyyət alan "Gənclik" nəzərə alınmasa, tarixdə 28-ci dəfə bir komanda ilk 4 görüşdə məğlub olub. "Kəpəz" dörd, "Bakı", "Bakılı", MOİK və "Şəfa" hərəyə iki, digər 16 komanda bir dəfə belə duruma düşüb. "Şirvan" (Kürdəmir), AZAL, "Ədliyyə", "Gənclərbirliyi", "Xəzər" (Sumqayıt), "Qarabağ", "Qəbələ", "Lokomotiv", "Neftqaz", "Pambıqçı" (Neftçala), "Şahdağ" (Quba), "Şahdağ" (Qusar), "Rəvan", "Şamaxı", "Şəmkir" və "Turan" bir belə start yaşayıb.